ABMA ilə TBB arasında görüş keçirilib
Azərbaycanda keçirilən COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan TBB (Türkiyə Bələdiyyələr Birliyi) nümayəndə heyəti Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarını (ABMA) ziyarət edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarından məlumat verilib.
Bildirilib ki, ABMA-nın inzibati binasında keçirilən görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, TBB-nin Planlaşdırma və şəhərsalma şöbəsinin müdiri Cuneyt Türkmen və digər rəsmi şəxslər iştirak ediblər.
Təmraz Tağıyev açılış nitqində ölkələr arası dostluq və qardaşlıq əlaqələrini vurğulayıb və bu münasibətlərin yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
TBB nümayəndə heyətinin rəhbəri Feridun Ulutaş çıxış edərək Azərbaycanda keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, ABMA ilə TBB arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə ABMA nümayəndə heyətini Ankaraya dəvət edib.
Həmçinin görüşdə yerli özünüidarəetmə üzrə təcrübə və fikir mübadiləsi aparılıb. ABMA-nın Əlaqələndirici Koordinatoru Aydın Muradov, çıxış edərək, Azərbaycanda bələdiyyələrin və milli assosiasiyaların yaradılması, yerli özünüidarəetmə orqanlarının daha səmərəli fəaliyyəti üçün bələdiyyələrin birləşdirilməsi prosesləri və bu zaman qardaş Türkiyənin təcrübəsindən də istifadə edilməsi barədə məlumat verib.
Tədbirin sonunda xatirə fotosu çəkiib.