Ağbulaq İstirahət Mərkəzində iki günlük yay istirahəti təşkil edilib -

Ağbulaq İstirahət Mərkəzində iki günlük yay istirahəti təşkil edilib - FOTO

20 İyul 2025

Növbəti ittifaq üzvləri üçün Ağbulaq İstirahət Mərkəzində iki günlük yay istirahəti təşkil edilib

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyulun 19-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə ittifaq üzvlərindən ibarət növbəti 35 nəfərin Ağbulaq İstirahət Mərkəzində iki günlük yay istirahəti təşkil olunub. 

İstirahət mərkəzində keçirilən müxtəlif əyləncəli və intellektual proqramlar ittifaq üzvlərinə maraqlı anlar yaşadıb. Canlı musiqi proqramları, intellektual bilik yarışları, şahmat və stolüstü tennis turnirləri, habelə cizgi film personajlarının iştirakı ilə təşkil olunan əyləncəli oyunlar iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil olunan bu tədbirdən faydalanmaq üçün ittifaq üzvləri yalnız yollayış dəyərinin 15%-ni ödəyərək iştirak ediblər. Onlar mərkəzdə yaradılan bütün imkanlardan – kanat xətti, gündə üç dəfə zəngin yeməklər və digər şəraitlərdən yararlanaraq səmərəli vaxt keçiribl

ər.