Ali Məclisin sədrliyinə namizəd üçün bu tələb ləğv ediləcək

Ali Məclisin sədrliyinə namizəd üçün bu tələb ləğv ediləcək

21 İyun 2025

Milli Məclisin bu gün keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilk oxunuşda qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihədə nəzərdə tutulan məsələlərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə namizəd üçün tətbiq edilən yaşayış müddəti ilə bağlıdır.

Belə ki, layihəyə əsasən, Ali Məclis sədrliyinə namizədin Naxçıvan Muxtar Respublikasının ərazisində azı beş il daimi yaşaması tələbi (Konstitusiyanın 29-cu maddəsinin II hissəsi) ləğv ediləcək.