AQTA sədri Naxçıvanda vətəndaşları qəbul edib

AQTA sədri Naxçıvanda vətəndaşları qəbul edib - FOTO

02 Oktyabr 2025

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 2-si Naxçıvanda Naxçıvan şəhəri və Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə AQTA-dan məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.