Azadlıqdan məhrum etmə cəzası hansı hallarda və nə qədər müddətə tətbiq edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası nədir və hansı müddətə tətbiq edilir?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə — məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilərək cəmiyyətdən təcrid olunmasıdır.
Hökmdən əvvəl 18 yaşı tamam olmayan şəxslər isə ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində saxlanılırlar.
Bu cəza 3 aydan 20 ilədək müddətə təyin olunur.
İctimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması bu cəza ilə əvəz edilərsə, 3 aydan az müddət də müəyyən oluna bilər.
Cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəzalar toplandıqda:
Yuxarı hədd 20 ildən çox olmayan müddət,
Hökmlərin məcmusu üzrə isə 25 ildən artıq olmayan müddət təyin edilə bilər.
Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli.








