Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

24 May 2026

Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb.

Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, Yusif finala gedən yolda da inamlı çıxış edib. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə məğlub edib.

Həmçinin Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikova, Adəm Quliyev (52 kq) rusiyalı Badruddin Maqomedova məğlub olub və gümüş medal qazanıblar.

Məhəmməd Kərimov (44 kq) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6), Yusif Hüseynov (62 kq) rusiyalı Zaur Najmudinova 5:0 hesabı ilə qalib gələrək çempionatın bürünc medallarına yiyələniblər.