Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib

Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib

04 Noyabr 2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafla görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.