Azərbaycanda ən populyar axtarış sistemlərinin adları məlum olub

Azərbaycanda ən populyar axtarış sistemlərinin adları məlum olub

10 Noyabr 2025

Cari ilin oktyabr ayında “Google” Azərbaycanın ən populyar axtarış sistemi kimi mövqeyini qoruyub saxlayıb və onun payı 81,92 faiz təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin "Global Stats" statistika mərkəzindən əldə etdiyi məlumata görə, “Google”un payı cari ilin sentyabr ayı ilə müqayisədə 0,99 faiz azalıb .

“Yandex” axtarış sisteminin payı isə hesabat dövrü ərzində, əksinə 0,99 faiz bəndi artaraq, 15,63 faiz təşkil edib.

Digər yandan, oktyabr ayında “Bing”in payında cüzi artım qeydə alınıb; 0,08 faiz bəndi - 1,49 faizə qədər artıb. “Yahoo” axtarış sisteminin payı isə 0,09 faiz bəndi – 0,43 faizə qədər azalıb.