Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb

11 İyul 2025

2025-ci il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,1 min nəfər olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, onların 49,2 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436 manat olmuşdur