Azərbaycanda sümük iliyi köçürülməsini həyata keçirəcək tibb müəssisələrinin sayı artıb

Azərbaycanda sümük iliyi köçürülməsini həyata keçirəcək tibb müəssisələrinin sayı artıb

01 Dekabr 2025

"Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Liv Bona Dea Hospital"a gözün buynuz qişası ilə yanaşı, sümük iliyi transplantasiyasını da həyata keçirmək səlahiyyəti verilib.