Azərbaycanın buzüstü rəqs cütlüyü dünya çempionatına vəsiqə qazanıb

Azərbaycanın buzüstü rəqs cütlüyü dünya çempionatına vəsiqə qazanıb

01 Dekabr 2025

Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlada təmsil edən Anna Obrien - Drake Tonq buzüstü rəqs cütlüyü Estoniyada keçiriləcək yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Qış İdmanı Növləri Federasiyasına istinadən xəbər verir ki, onlar bunu Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan "Santa Claus Cup"da reallaşdırıblar.

Azərbaycan təmsilçiləri 11 idmançı arasında 126.79 xalla 6-cı yeri tutub.

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı martın 3-8-i aralığında Estoniyanın paytaxtı Tallində keçiriləcək.