Bakıda TDT-yə üzv ölkələrin ailə və sosial siyasətə məsul qurum rəhbərlərinin ikinci iclası keçirilib -

Bakıda TDT-yə üzv ölkələrin ailə və sosial siyasətə məsul qurum rəhbərlərinin ikinci iclası keçirilib - FOTO

11 İyun 2025

12 iyun 2025-ci il tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Ailə Məsələləri və Sosial Siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin 2-ci iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iİclas çərçivəsində iki yan tədbir təşkil olunub. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər”, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə “Orta dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” mövzularında təqdimatla çıxış ediblər.

Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlardan ibarət nümayəndə heyəti də iştirak edib.

Toplantı çərçivəsində ailə institutunun gücləndirilməsi, qadın və uşaqların rifahının təmin olunması, həmçinin türk dövlətləri arasında sosial siyasət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.