“Bir çevrilişin tarixçəsi” – 1992-ci ilin siyasi hadisələrinə yeni baxış -

“Bir çevrilişin tarixçəsi” – 1992-ci ilin siyasi hadisələrinə yeni baxış - VİDEO

02 Noyabr 2025

Azərbaycanın müstəqillik tarixinin canlı şahidi, tanınmış jurnalist Mir Şahin 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevə qarşı təşkil edilən çevriliş cəhdi barədə danışıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tarixi faktların yer aldığı “Bir çevrilişin tarixçəsi” adlı sənədli film həmin dövrün gərgin siyasi hadisələrini və dövlətçiliyimizin sınağa çəkildiyi anları əks etdirir.

Filmdə Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi, xalqın ona olan inamı və Naxçıvanda dövlət idarəçiliyinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlar ətraflı təqdim olunur.

Mir Şahinin müəllifi olduğu ekran işi təkcə sənədli film deyil, həm də tarixi dərs və yaddaş kitabı kimi dəyərləndirilir. “Bir çevrilişin tarixçəsi” tamaşaçını o illərin hadisələrinə qaytarır, Azərbaycanın dövlət müstəqilliyinin qorunması uğrunda göstərilən iradə və fədakarlığı bir daha nümayiş etdirir.

Filmi bu linkdən izləyə bilərsiniz: