Bu il 5700 əlilliyi olan şəxsə reabilitasiya vasitəsi verilib
Bu ilin yanvar-aprel aylarında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan 5700 şəxsi 271 min reabilitasiya vasitəsilə təmin edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, reabilitasiya vasitələrindən 644-i təkərli oturacaq (o cümlədən 11-i mühərrikli təkərli oturacaq), 870-i aşağı və yuxarı ətraf protezi, korset, 1500-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Eyni zamanda əlilliyi olan şəxslərə 2785 cüt protez və ortopedik ayaqqabı, 520 eşitmə aparatı verilib, onların ehtiyac duyduqları digər reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.








