Ceyhun Bayramov Mustafa Desticini qəbul edib

Ceyhun Bayramov Mustafa Desticini qəbul edib

03 Noyabr 2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin, həmçinin siyasi partiyalar səviyyəsində təmasların iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri, post-münaqişə dövründə bölgəmizdə vəziyyət, bərpa-quruculuq işləri, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri, Türk Dövlətləri Təşkilatında prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.