Cinayət barəsində xəbər verməmə hansı hallarda məsuliyyətə səbəb olur? -

Cinayət barəsində xəbər verməmə hansı hallarda məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

28 Noyabr 2025

Sual: Cinayət barəsində xəbər verməmə hansı hallarda məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayət məsuliyyətinə səbəb olur. Həmin əməli törətmiş şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz. 

Sualı cavablandırdı: Babək rayon prokurorunun  böyük köməkçisi kiçik ədliyyə müşaviri - Camal Sadiqov