Cinayət prosesinin iştirakçıları dedikdə kimlər nəzərdə tutulur? -

Cinayət prosesinin iştirakçıları dedikdə kimlər nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ

02 Oktyabr 2025

Sual: Cinayət prosesinin iştirakçıları dedikdə kimlər nəzərdə tutulur?

Cavab: Cinayət prosesinin iştirakçıları dedikdə — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsi başa düşülməlidir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov