Cinayətlər təsnifatca neçə qrupa ayrılır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayətlər təsnifatca neçə qrupa ayrılır?
Cavab: Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








