Dövlət qurumlarına qarşı 700-dən çox kiberhücumunun qarşısı alınıb

Dövlət qurumlarına qarşı 700-dən çox kiberhücumunun qarşısı alınıb

05 Noyabr 2025

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət qurumlarına qarşı 700-dən çox APT kiberhücumunun qarşısı alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, analiz nəticəsində 702 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış, xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısını alıb.

Bu kibertəhdidlərin 247-si daxili araşdırma, 455-i isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.