Ekshumasiya istintaq hərəkəti kimlərin iştirakı ilə aparılır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Meyitin qəbirdən çıxarılması (ekshumasiya) istintaq hərəkəti kimlərin iştirakı ilə aparılır?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 237.2-ci maddəsinə görə meyit müstəntiqin, məhkəmə təbabəti sahəsində mütəxəssisin, ölmüş şəxsin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq tibb idarəsinə aparıla bilər.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








