Əmək məzuniyyəti hissələrə bölünərək verilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək Məzuniyyəti işçinin arzusu və razılığı ilə hissələrə bölünərək verilə bilərmi?
Cavab: Bəli, Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








