Əmək mühafizəsi qaydalarını pozma hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək mühafizəsi qaydalarını pozma hansı məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa cinayət məsuliyyətinə səbəb olur. Həmin əməli törətmiş şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Camal Sadiqov








