Əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır? -

Əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

14 Noyabr 2025

Sual:  Əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır?

Cavab: Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun  köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov