Əməkhaqqı xərcləri proqnozdan aşağı icra olunub
2025-c ildə Azərbaycanın dövlət büdcəsinin əməyin ödənişi xərcləri proqnozdan 426 milyon az icra olunub, bunun səbəbi vakansiyalardır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu xərclər bütün ştat üzrə müəyyən edilsə də, əksər dövlət qurumlarında vakansiyalar mövcud olur", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, təxminən 110 milyon manatlıq az icra isə sosial sosial ödənişlərlə bağlıdır "Bu da demoqrafik göstəricilərdən irəli gəlir, çünki bildiyiniz kimi, bizim çoxsaylı sosial müavinətlərimiz və sosial ödənişlərimiz var".








