Əmtəə bazarlarında qızıl ucuzlaşıb

Əmtəə bazarlarında qızıl ucuzlaşıb

09 İyun 2026

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"  birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,3% azalaraq 4350,2 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 0,93% azalaraq 67,95 ABŞ dolları təşkil edib.