Ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırıla bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırıla bilərmi?
Cavab: Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Qeyd olunan hallar uşağın ölü doğulduğu və ya doğulduqdan sonra 1 il müddətində öldüyü halları da ehtiva edir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








