Əxlaqsızlığa çağırışlara görə cərimələr... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunvericilikdə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə hər hansı cəza nəzərdə tutulubmu?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə əsasən, fahişəliklə məşğul olmağa görə 100 manat məbləğində cərimə tətbiq olunur.
Məcəlləyə təklif edilən yeni 524.2-ci maddəyə əsasən isə internet və ya telekommunikasiya şəbəkələrindən istifadə etməklə fahişəliyə açıq çağırışlara və ya bunun kütləvi nümayiş etdirilərək sövdələşməsinə görə 500 manat cərimə nəzərdə tutulur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








