Fuad Nağıyevlə İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib

Fuad Nağıyevlə İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib

31 İyul 2025

Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" agentliyə istinadən xəbər verir ki, görüşdə F.Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib.

Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Səfir ölkəsinin turizm naziri və Ümumdünya Turizm Təşkilatının Baş katibi adından Azərbaycan rəsmisini bu il 7-11 noyabrda Ər-Riyadda keçiriləcək Ümumdünya Turizm Təşkilatının Ümumi iclasına dəvət edib.