Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması hansı qaydada aparılır? -

Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması hansı qaydada aparılır? - HÜQUQ MƏSLƏHƏTİ

09 İyun 2026

Sual: Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması hansı qaydada aparılır?

Cavab: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 65-ci maddəsinə əsasən gömrük nəzarətindən keçməli olan mallar aşağıdakı formada yoxlanılır:

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər.

Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ vardır.

Gömrük orqanlarının vəzifəli şəxsləri yoxlamaların aparılması yerini təyin etmək və həmin malların, bağlamaların oraya gətirilməsini tələb etmək hüququna da malikdirlər.

Malların təyin edilən yerə gətirilməsi ilə bağlı yaranan əsaslandırılmış zəruri xərclər onları idxal və ya ixrac edən şəxs tərəfindən ödənilir.

Gğmrük  Məcəlləsinin 65.1-ci maddəsində qeyd olunan səlahiyyətlər əl yüklərinə, müşayiət olunan və olunmayan baqajlara, poçt göndərişlərinə (poçt rabitəsi xidmətindən istifadə edənlərin yazışma sirrini, poçt vasitəsilə ötürülən məlumat sirrinin qorunması hüququnu pozmamaq şərti ilə) və istənilən nəqliyyat vasitələrinə də şamil edilir.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə