Hansı hallarda axtarış və ya götürmə aparıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda axtarış və ya götürmə aparıla bilər?
Cavab: Əldə edilmiş sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin mövcudluğunu güman etməyə kifayət qədər əsas verdikdə müstəntiq tərəfindən axtarış aparıla bilər.
Axtarış, həmçinin axtarışda olan şəxslərin, heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədilə də həyata keçirilə bilər.
Toplanmış sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları sübut əhəmiyyətinə malik əşyaların və sənədlərin kimdə və harada olduğunu müəyyən etdikdə, müstəntiq həmin əşyaları və sənədləri götürə bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








