Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

30 Noyabr 2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.