Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treninq keçirilir

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treninq keçirilir

01 Oktyabr 2025

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin üçüncü mərhələsi keçirilir. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim heyətinin iştirakı ilə təşkil olunan tədbirlər “Dərsin planlaşdırılması və tədris proqramının hazırlanması” modulunu əhatə edir.

Tədbirin əsas məqsədi iştirakçıların pedaqoji bacarıqlarını və tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini yüksəltmək, eyni zamanda təhsil prosesini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

NATO proqramı çərçivəsində keçirilən treninqlər oktyabrın 3-dək davam edəcək.