Hikmət Hacıyev Yuri Qusevlə görüşüb

Hikmət Hacıyev Yuri Qusevlə görüşüb

31 İyul 2025

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə səfir "X"də yazıb.

Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.

"Ukraynaya davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdaram",- deyə Y.Qusev vurğulayıb.