İki ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulan əməllər hansı cinayət qrupuna daxildir? -

İki ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulan əməllər hansı cinayət qrupuna daxildir? - HÜQUQ MƏSLƏHƏTİ

05 Dekabr 2025

Sual: Azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna aiddir?

Cavab: Cinayət Məcəlləsi ilə azadlıqdan məhrum etmə nəzərdə tutulmayan, həmçinin azadlıqdan məhrum etmənin yuxarı həddi iki ildən artıq olmayan qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov