İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

12 Avqust 2025

Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.