İlham Əliyev: Kiyevdə Azərbaycan səfirliyinə  raket hücumları qəbuledilməzdir

İlham Əliyev: Kiyevdə Azərbaycan səfirliyinə raket hücumları qəbuledilməzdir

14 Noyabr 2025

Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.

Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.