İlham Əliyev “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib

İlham Əliyev “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib

01 Oktyabr 2025

Prezident İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təbrikdə deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".

https://www.instagram.com/p/DPRyE0_jQ_c/?igsh=NGV0d2hwdWJiY291