İlham Əliyev: Süni intellektdən istifadə etmirəm

İlham Əliyev: Süni intellektdən istifadə etmirəm

19 İyul 2025

Azərbaycan Prezidenti İlham Əliyev süni intellektdən istifadə etmədiyini bəyan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

"Mən süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərimdən bəziləri istifadə edir. Ola bilər gələcəkdə mən də istifadə edim, çünki bu sürətlə inkişaf edir".