İlham Əliyev və Mehriban Əliyeva qatarla Pekinə gəliblər - FOTO
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qatarla Çinin Tiencin şəhərindən paytaxt Pekinə gəliblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlətimizin başçısı və Birinci xanım Pekində Yapon işğalına qarşı Çin xalq müqaviməti və ikinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.











