İnzibati xətalar üzrə işlərə dair qərarlar...

İnzibati xətalar üzrə işlərə dair qərarlar... - HÜQUQ MƏSLƏHƏTİ

12 İyun 2025

Sual: İnzibati xətalar üzrə işlərə dair qərarlar, eləcə də onlara dair şikayət və ya protest əsasında qəbul edilən qərarlar hansı hallarda qanuni qüvvəyə minir?

Cavab: İnzibati xətaya dair iş üzrə qəbul edilmiş qərar, əgər həmin qərardan şikayət və ya protest verilməmişdirsə, şikayət və ya protest vermə müddətinin bitdiyi gündən qanuni qüvvəyə minir.

Əgər qərardan şikayət və ya protest verilmişdirsə, bu zaman:

İnzibati xətaya dair iş üzrə ilkin qərardan şikayət və ya protestə baxılaraq qəbul edilən qərardan yenidən şikayət və ya protest verilməyibsə, həmin qərar da şikayət və ya protest müddəti başa çatdıqda qanuni qüvvəyə minir;

Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət və ya protest üzrə qəbul edilmiş qərar isə elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli