İşçiyə vurulan zərərin ödənilməsi qaydası necə həyata keçirilir ? -

İşçiyə vurulan zərərin ödənilməsi qaydası necə həyata keçirilir ? - HÜQUQ MƏSLƏHƏTİ

12 Noyabr 2025

Sual: Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar hansı xərclər ödənməlidir?

Cavab:

1. İstehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində təqsirkar olan işəgötürən (tam və ya qismən) işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının digər şəkildə pozulması səbəbindən dəymiş zərərin, onun müalicəsi ilə bağlı çəkilən xərclərin, eləcə də müavinətlərin ödənilməsi üçün çəkilən xərclərin əvəzini tam şəkildə ödəməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclər də işəgötürən tərəfindən qarşılanmalıdır.

2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, eləcə də bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ödənclər verilməlidir.

3. İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalarla tənzimlənir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov