İşə qəbul zamanı sınaq müddətinin tənzimlənməsi necə həyata keçirilir?

İşə qəbul zamanı sınaq müddətinin tənzimlənməsi necə həyata keçirilir? - HÜQUQ MƏSLƏHƏTİ

06 Noyabr 2025

Sual: İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi hansı qaydada həyata keçirilir?

Cavab:

1. Sınaq müddəti başa çatana qədər tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

2. Əgər sınaq müddəti bitənədək tərəflərdən biri müqavilənin xitamını tələb etməzsə, işçi sınaqdan çıxmış hesab olunur və bundan sonra əmək münasibətlərinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada xitam verilə bilər.

3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən, işçinin özünü doğrultmadığı halda müqaviləyə xitam verilə biləcəyi şərti göstərilməlidir.

4. Sınaq müddətində özünü doğrultmayan işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı) ilə xitam verilə bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri  - Səttar Əsgərov