Kimlər Notarius fəaliyyəti ilə məşğul ola bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kimlər Notarius fəaliyyəti ilə məşğul ola bilər?
Cavab: Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.
Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








