Köç karvanı Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib -

Köç karvanı Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

31 İyul 2025

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb, açarların ailələlərə təhvil verilmə mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə köçürülən 225 nəfərdən ibarət 58 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.