“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib - FOTO
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” devizi altında təmizlik aksiyası keçirilib. Aksiya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan şəhərindəki Sahil Parkının kənarında, Naxçıvançay çayının vadisi ətrafında keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyada iştirak edən Nazirliyin və tabeli qurumlarının əməkdaşları, eyni zamanda ekokönüllülər zəruri sanitar ləvazimatlarla təmin olunaraq ərazidə mövcud olan məişət tullantılarını toplayıblar.
Qeyd edək ki, bu cür aksiyaların keçirilməsi ekoloji tarazlığın qorunması və cəmiyyətin ekoloji məsuliyyətinin artırılması məqsədi daşıyır.












