Ləğv edilən Naxçıvan Duz Muzeyinin eksponatları harda nümayiş olunacaq?

Ləğv edilən Naxçıvan Duz Muzeyinin eksponatları harda nümayiş olunacaq?

11 Noyabr 2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə Naxçıvan Duz Muzeyi yaradılmışdır. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Muzeyin əvvəllər Duzdağ otelində ayrılmış bir ekspozisiya zalı və iki xidmət otağı olmuş, burada gələn qonaqlara xidmət göstərilmişdir. 

2023-cü ildə Duzdağ otelinin balanssaxlayıcısı dəyişdiyindən muzey oradan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülmüşdür. 

Muzeydə olan 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanmışdır. 

Qeyd edək ki, Muzeyin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada yaradılacaq guşədə nümayiş etdiriləcəkdir. Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, yeraltı və yerüstü sərvətlərinin nümayiş edildiyi, həmçinin daha çox yerli və əcnəbi ziyarətçilərin gəldiyi muzeydir. Bu səbəbdən ləğv edilmiş Naxçıvan Duz Muzeyinin fondunda olan eksponatların eksponatların muzeyin fonduna verilməsi qərara alınmışdır.