Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinə əsasən, torpaq üzrə mübahisələrə tərəflərdən birinin ərazisinə görə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən, ərizənin daxil olduğu gündən etibarən bir ay müddətində baxılır.
Torpaq mübahisələrinə maraqlı tərəflərin iştirakı ilə baxılır. Məsələnin həllində ilk dəfə tərəflərdən biri iştirak etmədikdə və məsələyə baxılmasına dair onun rəsmi razılığı olmadıqda, işə baxılması təxirə salınır.
Tərəflərdən birinin üzürlü səbəb olmadan ikinci dəfə baxışa gəlməməsi, torpaq mübahisəsinə baxılmasına və bu məsələ üzrə qərar qəbul edilməsinə mane olmur.
Torpaq mübahisəsinə baxan orqanın qərarında, onun yerinə yetirilməsi qaydaları və pozulmuş hüquqların bərpası üzrə tədbirlər nəzərdə tutulur. Qərar qəbul edildiyi andan ən geci 5 gün ərzində tərəflərə təqdim edilir.
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə








