Mehriban Əliyeva Çində gəmi gəzintisində iştirak edib - FOTO
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, gəmi gəzintisinə Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları da qatılıb.














