Mübahisələndirmə haqqında iddia nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mübahisələndirmə haqqında iddia nədir?
Cavab: Mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Belə iddia, həmçinin mübahisə edilən inzibati aktın icrası nəticəsində yaranmış nəticələrin aradan qaldırılması tələbi ilə bağlı əlavə ərizə əsasında da qaldırıla bilər.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








