Muxtar respublikada xidmət sektoru ÜDM-in əsas hissəsini təşkil edib
2025-ci ilin yanvar-iyul aylarında muxtar respublika üzrə ümumi daxili məhsulun (ÜDM) formalaşmasında əsas çəkini xidmət sahələri təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hesabat dövründə bu sahələr üzrə yaranmış əlavə dəyər ÜDM-in 61,6 faizini əhatə edib.
Müqayisəli göstəricilər xidmət sektorunun region iqtisadiyyatında mühüm mövqeyə malik olduğunu və iqtisadi çəkisinin artmaqda davam etdiyini təsdiqləyir. Malların istehsalı üzrə pay 27,4 faiz təşkil edib. Onun tərkibində sənayenin 11,2 faiz, kənd təsərrüfatının isə 12,2 faiz göstəriciləri real sektorun ümumi iqtisadi aktivlikdə sabit iştirakını qoruyub saxladığını göstərir.
Məhsula və idxala xalis vergilər ÜDM-də 11 faiz paya sahib olub ki, bu da vergi daxilolmalarının iqtisadi strukturda mühüm maliyyə mənbəyi kimi rolunu təsdiqləyir.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 1 967,1 manat təşkil edib.








